EN

Merz: “Almaniya dönüş nöqtəsindədir...”

Almaniya kansleri Fridrix Merz ölkənin təhlükəli dönüş nöqtəsində olduğunu bəyan edib.

SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Bundestaqdakı çıxışı zamanı o, hökumətin ölkədə azadlığı, iqtisadi rifahı və sosial birliyi qorumaq üçün "düzgün seçim" edəcəyini vurğulayıb.

Siyasətçi çıxışında hakim koalisiyanın prioritetlərini açıqlayıb, Almaniyanı durğunluqdan çıxarmaq üçün islahatların aparılmasının vacibliyini vurğulayıb.

Bloomberg-in məlumatına görə, kansler uzun müddət durğunluqda olan iqtisadiyyatı dirçəltmək, eləcə də yüksək enerji qiymətləri və mürəkkəb bürokratiyanı aradan qaldırmaq üçün verdiyi vədləri yerinə yetirmək istiqamətində artan təzyiqlərlə üzləşib.

Hökumətin borc maliyyələşdirilməsi hesabına silahlı qüvvələrə və infrastrukturun modernləşdirilməsinə xərcləri əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Bundan əlavə, qısamüddətli iqtisadi artımın stimullaşdırılmasına yönəlmiş tədbirlər paketi nəzərdə tutulur. Nəşr onu da xatırladır ki, Merzin iqtisadi siyasəti təkcə Almaniya üçün deyil, bütün Avropa üçün vacibdir.

Qlobal investorlar Berlinin elan edilmiş tədbirləri həyata keçirə bilməyəcəyini diqqətlə izləyirlər.

Bir çox maliyyə menecerləri süni intellektin təsiri ilə ABŞ səhmlərinin sürətli artımı və Çinin inkişaf etməkdə olan bazarlarda üstünlüyü fonunda Avropa bazarlarının aşağı performansından narahatlığını ifadə edir.

Avqustun 24-də Merz Berlini Avropa mallarına 15 faiz tarifi nəzərdə tutan ABŞ-Avropa İttifaqı razılaşmasından kənara çıxaraq yeni ticarət tərəfdaşları axtarmağa çağırıb.

Kansler, həmçinin hökumətin ilin sonuna qədər sosial təminat sistemləri ilə bağlı əsas məsələləri həll etməli olduğunu bildirərək, məşğulluq, pensiya və səhiyyə xərclərinin məhdudlaşdırılmasının vacibliyini vurğuladı.

Onun sözlərinə görə, Almaniyanın sosial sistemləri gələcək ehtiyaclara uyğunlaşmalıdır.

Əli Babayev

Chosen
18
1
sia.az

2Sources