EN

Bakıda Belçikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Formula 1-lə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Belçika Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığıilə Bakıda Formula 1 dünyasının tanınmış simalarını, həmçinin ikiölkənin biznes icmasının nümayəndələrini bir araya gətirməkməqsədiıə tədbir. keçirilib.

Trend xəbərverir ki, səfirlik yüksək performanslı idman növləri, texnolojiinnovasiyalar və dünya səviyyəli mühəndisliyə dair hər iki ölkəninortaq həyəcan və marağını qeyd etmək üçün belə bir tədbir təşkiledib.

Tədbir F1 Paddock-un tam yaxınlığında baş tutub və F1-in yüksəksəviyyəli belçikalı simalarının avtoidman və yüksək texnologiyasahəsində qazandıqları təcrübələrini bölüşəcəyi panel müzakirəsiilə davam edib.

Bu tədbir müvafiq sənaye liderləri, sahibkarlar və avtoidmanpeşəkarları üçün unikal şəbəkələşmə imkanı yaradıb.

Bildirilib ki, Belçika Formula 1 dünyasında həm tarixi, həm dətexnoloji baxımdan xüsusi mövqeyə sahibdir.

F1 təqviminin ən çox rəğbət edilən traslarından biri olanəfsanəvi Spa-Frankorşam trası Belçikanın dərin köklərə malikavtoidman irsinin rəmzidir. Yarış əfsanəsi Jaki Iksdən başlamış,daha sonrakı istedadlar Stoffel Vandorna qədər belçikalı pilotlarda bu idmanda öz izlərini buraxıblar.

Yarışlardan kənarda isə Belçika istər qabaqcıl materiallar,istər dəqiq mühəndislik, istərsə də dayanıqlı mobillik həllərivasitəsilə bu idmanın təkamülünə töhfə verən qabaqcıl şirkətlərinvə tədqiqat institutlarının vətənidir.

Aerodinamika, data analitikası və yüksək performanslı istehsalatsahəsində belçikalı mütəxəssislərin bilik və bacarıqları Formula1-i gücləndirən innovasiya ekosistemində mühüm rol oynayır vəölkəni bu idmanın qlobal tamaşasının səhnəarxasındakı sakit, lakingüclü bir qüvvəyə çevirir.

Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Chosen
28
3
az.trend.az

4Sources