EN

Tramp: Putin məni ruhdan saldı

Vaşinqton, 18 sentyabr, AZƏRTAC

“Putin məni məni ruhdan saldı”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Birləşmiş Krallıqda olan ABŞ Prezidenti Donald Tramp Baş nazir Kir Starmerlə birgə mətbuat konfransında deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsində ölən rus əsgərlərinin sayı ukraynalı əsgərlərə nisbətdə çoxdur.

“Əgər mən o zaman Prezident olsaydım, bu müharibə baş verməyəkdi. Mən Prezident Putinlə Ukrayna haqqında danışdım. Bu, onun göz bəbəyi idi. Əgər o, ABŞ rəhbərliyinə hörmət duysaydı, heç vaxt bunları etməzdi”, - deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
43
3
azertag.az

4Sources