EN

Federasiyanın 9 vəzifəli şəxsi istefa verdi

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Metbuat.az xəbər verir ki, istefa edənlər bu şəxslərdir:

DAF Prezidenti – Jalə Əhmədova1-ci vitse-prezident – Könül NurullayevaVitse-prezident – Anar Qurbanovİctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərovaKatibliyin rəhbəri – Tünzalə Əzimova

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər:

Prezident – Fuad Quliyev1-ci vitse-prezident – Mehman SəfərovVitse-prezident – Davud DavudovKönüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
5
metbuat.az

10Sources