EN

Ağdam şəhərinə ilk köçün payızda reallaşacağı gözlənilir

Ağdam və Füzuli rayonlarında “Böyük qayıdış” 1-ci dövlət proqramında nəzərdə tutulmuş layihələrin icrası qrafikə uyğun olaraq davam etdirilir. Ağdam şəhərinə bu ilin payız aylarında ilk köçün reallaşacağını gözləyirik.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Qeyd olunub ki, Ağdamda ikinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir: “Bilirsiniz ki, dördüncü və beşinci yaşayış komplekslərinin tikintisi davam edir. Eyni zamanda sentyabr-oktyabr aylarında üçüncü yaşayış kompleksinin tikintisinə başlayacağıq və ilin sonuna doğru birinci yaşayış kompleksinin tikintisinə start veriləcək”.

MənbəAPA
Chosen
1
10
banker.az

10Sources