EN

Qonsalo Ramos Kilian Mbappenin rekordunu təkrarladı

Fransa çempionu PSJ-nin futbolçusu Qonsalo Ramos Madrid “Real”ının hücumçusu Kilian Mbappenin rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, 24 yaşlı hücumçu bunu UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün 1-ci turunda “Atalanta”nı (İtaliya) 4:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

Görüşün 58-ci dəqiqəsində meydana daxil olmiş portuqaliyalı futbolçu əlavə vaxtda fərqlənməyi bacarıb. Bu onun PSJ-nin heyətində əvəzləmədən meydana çıxdıqdan sonra vurduğu 16-cı qol olub. Bununla da Qonsalo klub tarixində əvəzləmədən meydana çıxdıqdan sonra ən çox qol vuran ikinci futbolçu olub.

Qonsalo Ramos futbola “Olyanense” klubunda qədəm qoyub. O, həmçinin “Lole”də oynayıb və buradan Portuqaliya nəhəngi “Benfika”ya yol taparaq, böyük futbolda “qartallar”ın heyətində debüt edib. PSJ Ramosu 2023-cü ilin avqustunda “Benfika”dan icarəyə götürüb. Fransa nəhəngi 2024-cü ilin ilk günündə isə 65 milyon avro məbləğ müqabilində onu tamhüquqlu əsasda öz heyətinə qatıb.

Portuqal futbolçunun Fransa nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.

Ramos PSJ-nin heyətində ümumilikdə 92 oyun keçirib, 35 qol vurub və 8 məhsuldar ötürmə verib.

Qonsalo Ramos 2022-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 18 oyuna 9 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Ramos PSJ ilə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, Fransa çempionluğunu (2), Fransa Kubokunu (2) və Fransa Super Kubokunu (2) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Chosen
58
1
arena.az

10Sources