EN

ABŞ istehsalı olan raket rekord qırıb

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ istehsalı olan "AIM-120 AMRAAM" raketi tarixində ən uzun mənzilli sınaq uçuşu həyata keçirib. Yerli "Raytheon" şirkəti və ABŞ-nın Hərbi Hava Qüvvələri raketi “F-22” qırıcı təyyarəsindən buraxıb. Dəqiq məsafə açıqlanmasa da, bu sınaq "AMRAAM"-ın hələ uzun illər ABŞ-nın və müttəfiqlərinin əsas "hava-hava" silahı olacağını göstərir.Reyting.az-ın məlumatına görə, "AMRAAM" raketi 30 ildən artıqdır ki, ABŞ, eləcə də müttəfiq ordularda istifadədir və 14 platformaya inteqrasiya edilməklə yanaşı, 43 ölkədə tətbiq olunur. İndiyədək onunla 6000-dən çox uğurlu döyüş buraxılışı həyata keçirilib.Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ yeni "Sentinel MBR" modelinin gecikməsi səbəbindən köhnə nüvə raketlərini hələ onilliklərlə istifadə etməli olacaq. Daha sonra qeyd edilib ki, bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələrinə daxil olmuş yeni nəsil "B-21 Raider" bombardmançısı da öz ilk uçuşunu reallaşdırıb.Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
1
reyting.az

2Sources