EN

Astarada intihar etdiyi bildirilən 71 yaşlı qadının qətlə yetirildiyi məlum olub, qonşusu tutulub - YENİLƏNİB

Astarada qətl törətməkdə şübhəli bilinən 55 yaşlı qadın saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qətlə yetirilən Şahimə Salayevanın qonşusu 1970-ci il təvəllüdlü Ziba Abidova polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. O, qətli törətməkdə şübhəli bilinir.

***

17.05

Astarada intihar etdiyi deyilən qadının qətlə yetirildiyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, sentyabrın 7-də Astara rayonunun Miki kənd sakini 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı ünvanda tapılıb.

İlkin məlumata görə, Ş.Salayevanın meyiti döşəmədə oturmuş halda, baş örpəyi boğazında çarpayıya bağlanan vəziyyətdə aşkarlanıb. Həmin vaxt qadının intihar etdiyi bildirilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ekspertizanın verdiyi rəydən sonra Ş.Salayevanın qətlə yetirildiyi məlum olub.

Araşdırma zamanı o da məlum olub ki, qadına məxsus sandıq evdən oğurlanıb. Axtarışlardan sonra sandıq meşəlik ərazisindən tapılıb. Qətli törətməkdə şübhəli bilinən Ş.Salayevanın qonşusu (qadın) saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
6
3
apa.az

10Sources