EN

Estoniyada NATO-nun "Pikne" təlimləri start götürüb

Estoniyada NATO üzvü olan ölkələrin iştirakı ilə "Pikne" ("Şimşək") adlı iki həftəlik hərbi təlimlər başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz qüvvələrinə aid bölmələrindən ibarət təxminən 3000 hərbi qulluqçu iştirak edir.

Əsas əməliyyatların Estoniyanın şimal, qərb və şərq bölgələrində həyata keçirilməsi planlaşdırılır.

Təlimlərin əsas məqsədi ehtimal olunan münaqişə vəziyyətində qoşunların mümkün qədər qısa müddətdə müəyyən əraziyə yerləşdirilməsi və yaranacaq təhlükələrə qarşı üzv ölkələrin birgə reaksiya mexanizmlərinin sınaqdan keçirilməsidir.

Açıqlamada xüsusi olaraq vurğulanıb ki, "Pikne" hərbi təlimləri yalnız təlim xarakteri daşıyır və müdafiə məqsədinə yönəlib.

Chosen
21
operativmedia.az

1Sources