EN

Nazir Məcnun Məmmədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

Qonağı salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Çin ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Lu Mey ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
5
xalqqazeti.az

6Sources