EN

U-15 millimiz Monteneqro yığmasına qalib gəldi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.

Binə stadionunda təşkil olunmuş görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.

Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilmiş ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnmişdi.

error: Məzmun qorunur!
Chosen
36
15
arena.az

10Sources