EN

Texnologiya nəhəngləri BİRLƏŞİR

Nvidia və Intel növbəti nəsil kompüterlər və süni intellekt sistemləri üçün hibrid çiplər hazırlamaq məqsədilə əməkdaşlığa başlayıblar. 

İnterpress.az xəbər verir ki, razılaşmaya əsasən, Nvidia Intel-ə 5 milyard dollar sərmayə yatırıb.

Bu xəbərin fonunda Intel-in səhmləri artıq 30% bahalaşıb və artım davam edir. Analitiklər hesab edirlər ki, tərəfdaşlıq Intel-in son illərdə itirdiyi mövqeləri bərpa etməsi üçün yeni imkanlar açacaq.

Xatırladaq ki, Intel bir müddət əvvəl AMD ilə rəqabətdə ciddi itkilərə məruz qalıb, bazarda payını azaldaraq TOP-10 çip istehsalçısı siyahısından çıxıb. Şirkət rəsmiləri də artıq “yarışda geri qaldıqlarını” açıq şəkildə etiraf etmişdilər.

Ekspertlər bildirirlər ki, Nvidia ilə əməkdaşlıq Intel üçün ikinci nəfəs ola bilər, eyni zamanda qlobal süni intellekt və çip bazarında yeni güc balansı formalaşdıracaq.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
46
interpress.az

1Sources