EN

"Land Rover"in istehsalı dayandırıldı - SƏBƏB

"Jaguar Land Rover" haker hücumu səbəbindən istehsalı dayandırıb.

Avtosfer.az xəbər verir ki, lüks avtomobil istehsalçısı "Jaguar Land Rover" (JLR) haker hücumu səbəbindən istehsalını 24 sentyabradək dayandırıb.

Hücum 2 sentyabrda baş verib və şirkət müvəqqəti olaraq bütün sistemlərini dayandırmalı olub. JLR tədarükçülərə və tərəfdaşlara xəbərdarlıq edərək, yaranmış narahatlığa görə üzr istəyib.

Şirkətin mətbuat xidməti bildirib ki, araşdırma davam edir və istehsal mərhələli şəkildə bərpa olunacaq.(milli.az)

Chosen
14
1
avtosfer.az

2Sources