EN

Şağan qəsəbəsində qaz kəsiləcək

Sabah Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan verilən məlumata görə, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Chosen
11
35
ucnoqta.az

10Sources