EN

"Şahdağ Qusar" yeni tərəfdaşlıq tapdı: Bu ilkdir, amma davamı da olacaq

BAKI, 18 sentyabr. TELEQRAF

"Qısa müddətdə Futbolun İnkişaf Fondu (FİF) bizə dəstək göstərdi. Sahibkarla sıx əlaqədə oldular və nəticə müsbət oldu. Bu, ilk sahibkardır, amma davamı da olacaq”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev İSFA şirkəti ilə tərəfdaşlıq müqaviləsinin imzalanması barədə danışarkən deyib.

Klub rəhbəri bildirib ki, tərəfdaşlıq FİF ilə aparılan danışıqların nəticəsində mümkün olub. O bu cür əməkdaşlıqların davamlı olacağını da vurğulayıb: “Qusarlı sahibkarlardan olan Samir Xeyirbəyov komandaya maddi dəstək göstərəcək. Sadəcə tərəfdaşlıq müqaviləsidir. Bu dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm. Hazırda yalnız maddi dəstək nəzərdə tutulur”.

Əmirquliyev komandanın yeni mövsüm hədəflərindən də söz açıb: “Məlum olduğu kimi, komandada müəyyən problemlər vardı. Bu mövsüm hədəf çempionatda qalmaqdır. Çünki mövsümə gec başladıq, problemlər və dəyişikliklər oldu. Bunu nəzərə alaraq, əsas məqsədimiz liqada qalmaqdır. Əgər gələcəkdə işlər yaxşı gedərsə və komandamızı gücləndirə bilsək, daha yüksək pillələr uğrunda da mübarizə aparacağıq”.

Chosen
17
teleqraf.com

1Sources