EN

Paşinyana qarşı YENİ RƏQİB: Oliqarx Çarukyan hakimiyyət uğrunda mübarizəyə başlayır

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oliqarx Qaqik Çarukyan yeni komanda yaratdığını və 2026-cı ildə Ermənistan parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.Bizim.Media xəbər verir ki, o, ölkənin inkişafı üçün peşəkarları birləşdirməyi hədəfləyən “Ermənistanın təklifi” təşəbbüsünü təqdim edəcək.“Zamanı gələcək, hər şeyi açıqlayacağam, amma bu gün o gün deyil. Mən müxtəlif mütəxəssislərlə ünsiyyət qurur, müzakirələr aparıram. Bu gün Ermənistanda ölkəni bu vəziyyətdən çıxara biləcək heç bir insan və ya partiya yoxdur,” – deyə Çarukyan bildirib.O əlavə edib ki, Ermənistanda sülh və həmrəylik olmalıdır: “Hər kəs açıq şəkildə deməlidir ki, nə təklif edir və nə etməyi planlaşdırır,” – deyə o vurğulayıb.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
bizim.media

2Sources