EN

Mourinyo ''Benfika''nın baş məşqçisi oldu və... Əli Koç haqda danışdı!

''Benfika''da gözlənilən təyinat reallaşıb. ''Qarabağ''a şok məğlubiyyətdən sonra baş məşqçi Bruno Lajenin istefaya göndərildiyini və rəhbərliyin dərhal Joze Mourinyo ilə danışıqlara başladığını xəbər vermişdik.

Proqnozlar özünü doğruldub və Lissabon nəhəngi ünlü portuqaliyalı mütəxəssislə ikiillik müqavilə imzalayıb. Onun illik maaşı 6 milyon avroya bərabər olacaq. Müqavilədə bonuslar da mövcuddu.

Beləliklə, Mourinyo təxminən 21 illik fasilədən sonra vətəninə qayıdıb. O, Portuqaliyada sonuncu dəfə ''Portu''da çalışmış, bu klubda tarixi uğurlar qazanmış və 2004-cü ildə ordan ayrılaraq ''Çelsi''yə yollanmışdı. Danışıqlar üçün Lissabona gəldikdən sonra yerli jurnalistlərin böyük marağı ilə üzləşən Mourinyo bunları deyib:
''Benfika'' məndən bu vəzifədə çalışmaqda maraqlı olub-olmadığımı soruşdu. Mən də müsbət cavab verdim və danışıqlara hazır olduğumu dedim. İndiyə qədər ''Benfika''ya ''xeyr'' deyən məşqçi olubmu? Ən azı mən elə məşqçilərdən deyiləm. Bunu karyeramın sonu və ya evimə qayıdış kimi qiymətləndirməyin. Bu, karyeramda atılmış normal və təbii bir addımdı. ''Benfika''ya qələbə qazanmaq və çalışmaq üçün gələcəm. ''Fənərbaxça''da məhz ''Benfika''ya uduzduqdan sonra bura gəldim? Bəli, bu da həyatın qəribə bir təsadüfüdü. Bruno Lajenin indi nələr hiss etdiyini gözəl bilirəm. Dünyada heç bir məşqçinin ayrılığı xoşbəxt şəkildə olmur. Ona böyük hörmətim var. Qısa müddət öncə bu hadisə mənim də başıma gəldi. Bir ay öncə onun haqda dediyim fikirləri təkrarlamaq istəyirəm. Mükəmməl məşqçidi və əla komandaya sahib idi. Onu təbrik etdim. Bunu feyr-pley örnəyi üçün etmədim. Onların qələbəyə layiq olduğunu etiraf etmək heç də asan olmadı. Siz bunları məndən də yaxşı bilirsiz. Brunoya karyerasının növbəti mərhələsində uğurlar arzulayıram. Portuqaliyaya dönüşü planlaşdırmamışdım. Sadəcə bir gün fürsət yaranacağı təqdirdə Portuqaliya yığmasının başına keçməyi arzulayırdım''. Yeri gəlmişkən, Mourinyo təyinatından öncə, ''Fənərbaxça'' başqanı Əli Koç haqda da diqqətçəkən açıqlama verib: ''Mən bir klubu tərk etdikdə o qapını birdəfəlik bağlayıram. Təxribatlara cavab vermirəm. Bəhanə axtarmıram. Əli Koçun davranış şəkli mənimkindən fərqlidi. Mən ordan ayrıldığım gündən bu yana Koç dəfələrlə açıqlamalar verib. Ancaq bizi mübarizədən kənarlaşdıran Kərəm Aktürkoğlunun nə üçün yalnız bizi yendikdən sonra transfer edildiyini bir dəfə də olsun açıqlamadı''.
Chosen
11
football-plus.az

1Sources