EN

Rəqabətə tab gətirməyən şirkətə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir Osman Gündüz yazır

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Artıq Hava limanında dövlətə məxsus taksi şirkətinin – “Bakı Taksi Xidməti”-nin hökmranlığı prosesi uğurla başa çatıb.

Digər taksilər , özəl sektora məxsus olanlar Aeroport ərazisindən şəhərə sərnişin apara bilməyəcəklər.

Dövlət taksiləri üçün tarifləri də təsdiqləyiblər . Əvvəlki 10-15 manatlıq gediş haqqı indi dövlət taksilərilə şəhər ərazisinədək məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib.

Azərbaycan Hava Yolları öz açıqlamasında bu addımı, müvafiq təlim keçməyən taksi sürücülərinin olmasının, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin onun işgüzar nüfuzuna mənfi təsir göstərməsilə izah edib.

Düşünürəm ki, rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir.

Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabərsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir.

Həm Azərbaycan Hava Yolları, həm də “Bakı Taksi Xidməti” şirkəti AZCON Holdinq tərkibinə daxildir.

Biz AZCON Holdinqdən gözləyirdik ki, Aztelecom-a təsir edərək minimal internet qiymətlərini dəyişdirəcək və heç olmasa regionlar üçün seçim imkanları yaradcaq.

Amma bu gözləntinin əvəzinə AZCON özünün bir qurumu vasitəsilə digər qurumuna –

– “Bakı Taksi Xidməti”nə biznes üçün üstün şərait yaradıb və ona bazarda hökmran mövqe qazandırıb.

Görünən budur ki, AZCON öz tərkibində olan dövlət şirkətlərinin bazarda üstün , hökmran mövqe tutmasında maraqlıdır.

Aeroport rəhbərliyi digər özəl taksi şirkətlərindən istifadə üçün, onlara sifariş vermək üçün Aeroport ərazisində heç bir xüsusi yer müəyyən etməyib.

Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də baş verənlərin fərqindədir.

Osman Gündüz

Ekspert

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
icma.az

5Sources