Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Mahmud Abbasla Ankarada görüşüb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən TRT Haber-ə bildirilib ki, görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.
Qeyd olunub ki, müzakirələrin detalları barədə məlumat yazılı açıqlama şəklində ictimaiyyətə təqdim ediləcək.