Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və ədliyyə naziri Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.