Sentyabrın 18-də Ukrayna Rusiyadan həlak olmuş daha 1000 vətəndaşının, o cümlədən hərbçilərin cəsədini qaytarıb.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
"Bu gün repatriasiya tədbirləri həyata keçirilib. Rusiya tərəfinin Ukrayna hərbçilərinə aid olduğunu iddia etdiyi 1000 cəsəd Ukraynaya qaytarılıb", - məlumatda deyilir.
Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının əməkdaşları Daxili İşlər Nazirliyinin ekspertiza müəssisələri ilə birlikdə bütün zəruri ekspertizaları keçirəcək və repatriasiya edilən meyitlərin şəxsiyyətini müəyyənləşdirəcək.
QAZİLER.AZ