EN

ABŞ vətəndaşı olmaq istəyənlərin nəzərinə: Bərpa edildi

ABŞ hökuməti əcnəbilər üçün vətəndaşlıq imtahanını 2020-ci ildəki formatda bərpa edəcəyini açıqlayıb.

NOCOMMENT.az milli.az-a istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu addım imtahan iştirakçılarının ABŞ tarixi və idarəetmə sistemi ilə bağlı biliklərinin yoxlanması məqsədi daşıyır. Yenilənmiş test ingilis dili bölmələrini əhatə etmir.

Xatırladaq ki, 2020-ci ilin dekabrından 2021-ci ilin aprel ayınadək tətbiq olunan bu test daha sonra əvvəlki – 2008-ci il versiyası ilə əvəz olunmuşdu.

2025-ci ildən etibarən yeni testə 20 əlavə sual daxil ediləcək və namizədlər onlardan ən azı 12-ni düzgün cavablandırmalıdır.

Chosen
14
5
nocomment.az

6Sources