EN

ATU da diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Gəncə, 18 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, insan resurslarının idarə olunması sahəsində innovativ yanaşmaya əsaslanan bu qərar ATU-nun sentyabrın 12-də keçirilən Elmi Şuranın iclasında qəbul olunub. Yeni sistemə əsasən, pedaqoji heyətin fəaliyyət göstəriciləri nəzərə alınmaqla əməkhaqlarına xüsusi əlavələr ediləcək. Bu, universitetdə tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin genişləndirilməsi və müəllimlərin peşəkarlığının daha da yüksəldilməsinə xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
1
azertag.az

2Sources