EN

Ukrayna və Polşa PUA üzrə birgə işçi qrupu yaradır

Ukrayna və Polşa pilotsuz uçuş aparatları (PUA) üzrə birgə işçi qrupu yaradır.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunun üçün Ukraynanın müdafiə naziri Denis Şmiqal və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış tərəfindən müvafiq memorandum imzalanıb.

Bildirilib ki, işçi qrupunun mərkəzi elementi birgə təlim proqramları olacaq. Bundan əlavə, qrup PUA sahəsində əməliyyat biliklərinin və təcrübəsinin mübadiləsini təşviq edəcək, PUA-ların tətbiqi və onlara qarşı mübarizə üsullarını hazırlayaraq sınaqdan keçirəcək, innovativ texnologiyaları inteqrasiya edəcək, o cümlədən Ukrayna və Polşa Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirəcək və NATO standartlarına uyğunluğu təmin edəcək.

Həmçinin tərəflər təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı birgə bəyanat da imzalayıblar. Bu sənəddə xüsusən də SAFE və PURL proqramları daxil olmaqla, əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlinib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

photo

photo

Chosen
18
poliqon.az

1Sources