EN

Füzuli şəhərində üçüncü yaşayış kompleksinin tikintisinə ilin sonunadək başlanacaq

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Füzuli şəhərində üçüncü yaşayış kompleksinin torpaq işlərinə bu ay başlamağı planlaşdırırıq.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, ilin sonuna qədər tikinti işlərinə start veriləcək.

Xüsusi nümayəndə deyib ki, Füzuli rayonunun Dövlətyarlı kəndinin də tikintisinə başlanılıb. Bu aydan Pirəhmədli, Yal Pirəhmədli kəndlərinin tikinti işləri başlayacaq: "Qısa müddətdə bu yaxınlarda təməli qoyulmuş Qaraxanbəyli kəndinin layihəsi yekunlaşacaq. Bu kəndin də tikintisinə start verəcəyik. Beləliklə, Füzulidə 5 kənd, Ağdamda 6 kənd bu ilin sonuna qədər təhvil veriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
3
icma.az

4Sources