EN

Rusiyanın qisası ağır oldu

Ukrayna və Rusiya arasında döyüşlər şiddətlənir. Ukrayna Ordusunun mövqeləri Rusiya qüvvələrinin hücumlarına məruz qalıb.

Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Sumı, Xarkov, Donetsk və Zaporojye vilayətlərindəki hədəflər atəşə tutulub, yanacaq anbarları və Qərbdən silah çatdırılan logistik mərkəzlər məhv edilib. Ukraynanın PUA buraxılış məntəqələri də vurulub.

Bundan başqa, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 8 dronu Rostov, Bryansk, Voronej və Kursk üzərində zərərsizləşdirib.

Ukrayna Baş Qərargahı son sutkada 183 döyüş baş verdiyini, onlardan 60-nın Pokrovsk istiqamətində qeydə alındığını açıqlayıb.

Eyni zamanda, Ukrayna Ordusu Rusiyanın Saratov vilayətindəki neft emalı zavoduna zərbə endirib. Partlayış və yanğın baş verib, dəymiş ziyan araşdırılır. Məlumata görə, bu zavod Rusiya Ordusunu yanacaqla təmin edən əsas mənbələrdən biridir.

Asya
Milli.Az 

Chosen
22
1
milli.az

2Sources