EN

Qırğızıstan TDT-nin iqtisadi əməkdaşlıq üzrə Yol xəritəsinin layihəsini təklif edib

Bişkek. Trend:

Qırğızıstan iqtisadiyyat, ticarət, investisiyalar və maliyyəsahələri üzrə TDT üzv dövlətləri arasında əməkdaşlığın Yolxəritəsinin layihəsini təklif edib.

Trend QırğızıstanNazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Qırğızıstanprezident administrasiyasının rəhbəri, Nazirlər Kabinetinin sədriAdılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları vəvitse-prezidentlərinin görüşü zamanı bildirib.

O həmçinin vurğulayıb ki, Qırğızıstan TDT çərçivəsindəqarşılıqlı ticarətin artırılmasında, iri infrastruktur vəinvestisiya layihələrinin, xüsusilə perspektivli və dinamik inkişafedən sahələrin dəstəklənməsində maraqlıdır.

Onun sözlərinə görə, Qırğızıstanın TDT-ə üzv dövlətlərlə ticarətdövriyyəsi 2024-cü ildə 2 milyard 427 milyon dollar təşkiledib.

“Biz tez-tez TDT çərçivəsində inteqrasiya və əməkdaşlığınəhəmiyyətindən danışırıq. Doğrudan da, böyük potensialımız var.Lakin hesab edirəm ki, artıq sözdən əmələ keçməyin vaxtı çatıb.Hazırda Təşkilat çərçivəsində təxminən 40 əməkdaşlıq istiqamətimövcuddur, çoxsaylı iclaslar, görüşlər, forumlar, konfranslarkeçirilir. Amma belə görüşlər formal xarakter daşımamalıdır”,- deyəKasımaliyev bildirib.

Chosen
46
az.trend.az

1Sources