EN

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinəicrası məcburi göstəriş verilib

Mərkəzi Bank “Delta Capital” MMC-yə “Money Shop” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.

Qeyd edilib ki, “Delta Capital” MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Delta Capital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

“Money Shop” MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Money Shop” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

“Meta-Kapital” MMC tərəfindən 2025-ci ilin “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların gecikmə ilə təqdim edilməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

Mərkəzi Bank Delta Capital MMC Money Shop MMC Meta-Kapital MMC icrası məcburi göstəriş valyuta mübadiləsi fəaliyyəti hesabatların təqdim edilməsi valyuta mübadiləsinə nəzarət qaydası Valyuta tənzimi haqqında Qanun lisenziyalı valyuta mübadilə məntəqələri maliyyə hesabatları qanun pozuntusu inzibati tədbir maliyyə nəzarəti
Chosen
12
21
marja.az

10Sources