EN

Belə bir dövlətin vətəndaşı olmaq  ayrı bir üstünlük, qürurdur- Azər Həsrət- ÖZƏL

Siyasi şərhçi Azər Həsrət Olaylar.az-a  bildirib  ki,  Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası uzun müddətli strategiyanın düzgün müəyyən edilməsi, eyni zamanda millət və dövlət birliyinin ən yüksək səviyyədə təmini ilə mümkün oldu. Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etməyin mümkünlüyünün ən optimal örnəyini sərgiləyərək, müstəqillik qazansa da ərazi bütövlüyünü tam təmin edə bilməmiş  Azərbaycan Respublikasının məhz öz gücünə ən ümdə məsələlərini həll edə biləcəyini göstərdi:" 2023-cü ilin 19-20 sentyabr günlərində bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı illərdir həllini gözləyən əsas milli vəzifəni tamamlamış oldu. Azərbaycan Respublikasının torpaqları bölücü və terrorçulardan tam azad edildi. Ardından da sülhməramlı adı altında ölkəmizə qayıtmış Rusiya silahlı qüvvələrinin heyəti vaxtından əvvəl öz evlərinə göndərildi. Bu isə bir daha göstərir ki, Azərbaycan Respublikası özünün suverenliyinin tam təmin edilməsində heç kəsə, o cümlədən də özündən qat-qat güclü olan dövlətlərə belə güzəştə getmək fikrində deyil. Təbiidir ki, belə bir dövlətin vətəndaşı olmaq da ayrı bir üstünlük, qürurdur. Bunu nəzərə alaraq başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla bizə bu qüruru yaşadan hər kəsə minnətdarlığımızı bildiririk. Özəlliklə də Azərbaycan torpaqları uğrunda canını fəda etmiş şəhidlərin ruhunu əziz tutur, onların bizə qoyub getdikləri əmanət əzizlərinə də təşəkkürümüzü ifadə edirik".

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources