EN

Türkiyə və Yaponiya dəmir yolu sahəsində əməkdaşlığa başlayır

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə ilə Yaponiya arasında dəmir yolu sahəsində yeni əməkdaşlıq layihəsi reallaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Qeyd olunub ki, Yaponiyada sürət qatarlarında istifadə edilən “Zero Energy IoT Series İzləmə Sistemi” Türkiyədə də tətbiq olunacaq.

Nazirin sözlərinə görə, layihə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənən hibe proqramı çərçivəsində, Yaponiyanın OKI şirkəti ilə əməkdaşlıq əsasında həyata keçirilir. Sistem Polatlı–Konya Yüksək Sürətli Qatar Xətti və Konya–Karaman–Ulukışla sürət qatarı xəttində quraşdırılacaq.

Uraloğlu vurğulayıb ki, yeni texnologiya dəmir yolu infrastrukturunda ola biləcək dəyişiklikləri, həmçinin iqlim dəyişikliyinin təsiri ilə yaranan sel və torpaq sürüşməsi kimi fövqəladə hallarını real vaxt rejimində aşkar edəcək. Bu sistem mövcud qoruma tədbirlərini tamamlayaraq erkən müdaxilə imkanlarını gücləndirəcək.

Sistemin tətbiq edilməsinə oktyabr–noyabr aylarında başlayacaq və 24 ay müddətində sahədə sınaqdan keçiriləcək. Uraloğlu əlavə edib ki, layihə çərçivəsində TCDD mühəndisləri ilə yapon mütəxəssislər birlikdə çalışacaq, əldə olunan təcrübə isə yerli texnologiyalara uyğunlaşdırılacaq.

Nazir qeyd edib ki, bu əməkdaşlıq Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) infrastrukturunun gücləndirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və beynəlxalq təcrübələrin ölkəyə gətirilməsi baxımından mühüm addımdır.

Chosen
17
turkic.world

1Sources