EN

EDB: Azərbaycanda xarici maliyyə təşkilatlarının özəl sektora yatırımları 2,4 mlrd. dolları ötüb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan 2008-ci ildən bu ilin ilk yarısında kimi beynəlxalq maliyyə institutlarından (BMİ) dövlət zəmanəti olmayan layihələr üzrə 2 milyard 448,5 milyon ABŞ dolları həcmində maliyyələşmə əldə edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankından (EDB) bildirilib.

Qeyd edilib ki, indiyədək Azərbaycan üzrə maliyyələşmədə ən iri pay Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) və Asiya İnkişaf Bankına (ADB) aid olub. Müvafiq olaraq ayrılan vəsaitin həcmi 868,3 milyon dollar və 796,5 milyon dollar təşkil edib. Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) ölkəyə 259,2 milyon dollar, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 209,0 milyon dollar, OPEC Fondu 111,9 milyon dollar, Avropa İnvestisiya Bankı (EIB) 108,4 milyon dollar və İslam İnkişaf Korporasiyası (ICD) 101,2 milyon dollar sərmayə yatırıb.

Bununla yanaşı, təkcə maliyyə sektoru üzrə layihələrdə Azərbaycanın cəlb etdiyi maliyyələşmə 927,9 milyon dollar təşkil edib.

Mütəxəssislərin fikrincə, Azərbaycanın qeyri-dövlət layihələrinə BMİ-lərdən bu həcmdə vəsaitin yönəlməsi ölkədə infrastrukturun inkişafı, sənaye və maliyyə sisteminin gücləndirilməsi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
2
apa.az

3Sources