EN

"Bakı Taksi Xidməti" Heydər Əliyev Beynəlxalq Aeroportundakı vəziyyətə münasibət bildirdi

Müştərilər Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər

Turkustan.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Taksi Xidməti" MMC-nin baş direktoru Fuad Əliyev bildirib.

Onun sözlərinə görə, hava limanında fəaliyyət göstərən şirkət Azərbaycana gələn qonaqlara və vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə minik avtomobillərini taksometr və ödəniş terminalları ilə təchiz edib: "Bu, müştərilərə göstərilən xidmətin dəyərini nağdsız qaydada rahat şəkildə ödəmək imkanı yaradır. Eyni zamanda, hava limanının sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə şəhərin tanınmış obyekt və hotellərinə qədər gediş qiymətlərini, həmçinin Azərbaycan manatının müxtəlif beynəlxalq valyutalara ekvivalentini əks etdirən elektron tablo quraşdırılıb".

F.Əliyev qeyd edib ki, müştərilər köşkdə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər: "Şirkət bundan sonra da müştərilərin rahatlığı və şəffaflığı təmin etmək məqsədilə yeni texnoloji həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək".

Chosen
16
10
turkustan.az

10Sources