EN

Azərbaycan xalqı qarşısında heç kim dura bilməz

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir.

2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdıb yaşayan, orada bərpa quruculuq işlərində çalışan vətəndaşlarımızın və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib.Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Dövlətimizin başçısı və Mehriban xanım Əliyeva mütamadi olaraq azad edilmiş ərazilərə səfər edir, səfər çərçivəsində orada görülən işlərilə şəxsən tanış olur, tapşırıq və tövsiyyələrini verir, mühüm obyektlərin təməl qoyma mərasimlərində , açılışlarında iştirak edir, sakinlərlə görüşürlər. Bütün bunlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə nə qədər dəyər verdiklərini, diqqət göstərdiklərinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin Füzuli, Xocalı, Xocəvənd, Xankəndi şəhərlərinə son səfəri də mühüm məqamlarla, əhəmiyyətli açılışlarla yadda qaldı.

Səfər zamanı Dövlətimizin başçısıFüzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Qeyd olunub ki, kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. 2026- cı ildə yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin , 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulduğu bildirilib.

Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə gedərək, orada inşa olunmuş məscidin açılışında iştirak edib, sonra rayonunun Sos kəndində, Qırmızı Bazar qəsəbəsində olub. Səfər çərçivəsində Xocalı rayonunun Şuşakənd və Seyidbəyli, Daşbulaq, Badara kəndlərində olan Dövlətimizin başçısı burada sakinlərlə görüşüb.

Prezident İlham Əliyev görüş zamanı bundan sonra həyatınızda ancaq sevincli günlərin olacağını, əzab-əziyyətin, ədalətsizliyin, haqsızlığın arxada qaldığını bildirib. Azərbaycan dövlətininsakinlər üçün bütün şəraiti yaratdığını,onların Qarabağ diyarında artıq əbədi yaşayacaqlarını söyləyib. Bütün bunların, ədalətin təntənəsi olduğunu qeyd edib.

“Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur”- deyən dövlətimizin başçısı Qələbəmizi xalqımızın iradəsi, xalqımızın öz doğma torpağına olan bağlılığı , bizim müştərək iradəmizin, döyüşkən xasiyyətimizin olması təmin etdiyini vurğulayıb.

Ölkə rəhbəri 19-20 sentyabr antiterror əməliyyatının düşmənə və hamıya dərs olduğunu qeyd edib. Prezident İlham Əliyev əlavə edib ki, cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq.

Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançası olduğunu bildirən dövlətimizin başçısı qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması Azərbaycanın gücünü, niyyətini göstərdiyini bildirib. Və xüsusi olaraq qeyd edib ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
sesqazeti.az

2Sources