EN

Azərbaycanda 4,5 milyon manata yeni sistem yaradılır

Azərbaycanda “Vahid Mədəniyyət Reyestri” sisteminin yaradılması nəzərdə tutulur.

FED.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinə məxsus “Əsaslı Tikinti və Təchizat” MMC elan etdiyi tenderə yekun vurub.

Məlumata görə, sistemin yaradılması üçün ilkin olaraq tələb olunan altsistemlərin satın alınması və tətbiq edilməsi, onların bir-birinə inteqrasiyası həyata keçiriləcək. 

İşlər "Cyber Point" MMC şirkətinə həvalə olunub. Bunun üçün həmin şirkətə 4 milyon 543 min 260 manat ödəniləcək.

Şirkə daha öncə də “İnnovasiya və Təchizat” PHŞ-nin 1 milyon 122 min 683 manat dəyərində "İnformasiya təhlükəsizliyi məlumatlarının və hadisələrinin idarə edilməsi həlli"nin satın alınması tenderinin qalibi olub.

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1

ETL və məlumat inteqrasiyası: Müxtəlif mənbələrdən məlumatların avtomatik şəkildə alınaraq mərkəzi datawarehouse-a yüklənməsi üçün ETL proseslərinin hazırlanması, transformasiya qaydalarının tətbiqi, real vaxt və batch yükləmələrin paralel idarə olunması və məlumatların keyfiyyətinə nəzarət sisteminin qurulması.

ədəd

2

Dinamik forma konfiqurasiya sistemi: Reyestr formalarının sahələrinin idarə olunması üçün administrator interfeysinin hazırlanması, sahə əlavə/silmə və kateqoriyaların dəyişdirilməsi imkanlarının yaradılması.

3

Mövcud məlumatların miqrasiyası: Hazırda mövcud olan fərqli sistem və fayllardan (Excel, Access, lokal məlumat bazaları və s.) VMR sisteminə məlumatların miqrasiyası prosesinin təşkili. Bu mərhələdə aşağıdakı fəaliyyətlər yerinə yetiriləcək: - Mövcud sistemlərdəki məlumatların identifikasiyası və texniki təhlili - Məlumatların strukturlaşdırılması və uyğunluq xəritəsinin (mapping) hazırlanması - Transformasiya qaydalarının tətbiqi və test miqrasiyaların həyata keçirilməsi - Miqrasiyadan əvvəl və sonra məlumatların müqayisəsi və keyfiyyətə nəzarət - Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və yekun miqrasiya ssenarisinin icrası - Miqrasiya nəticələrinin sənədləşdirilməsi və qəbul aktlarının hazırlanması

4

Frontend və interfeys dizaynı: İstifadəçilər üçün müasir, sadə, mobil uyğun və WCAG 2.1 standartlarına cavab verən responsiv dizaynın tərtibatı, çoxdilli interfeys idarəetmə modulunun hazırlanması, giriş və naviqasiya elementlərinin dizaynı və ekran oxuyucu sistemlərlə uyğunluğun təmin olunması.

5

Kibertəhlükəsizlik üçün dayanıqlı infrastrukturun təmin edilməsi: Kibertəhlükəsizlik xidmətləri üçün dayanıqlı və genişlənə bilən infrastrukturun qurulması və sınaqdan keçirilməsi

6

Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) inteqrasiyası: 24/7 fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) sistemə inteqrasiyası və test edilməsi

7

Kibertəhlükəsizlik üzrə monitorinq və insident cavab sistemlərinin qurulması: 24/7 kibertəhlükəsizlik monitorinqi, insident cavab sistemi və təhdid aşkarlama mühəndisliyinin tətbiqi

8

Verilənlər bazasının qurulması: MSSQL əsaslı məlumat bazasının qurulması, sxemlərin optimallaşdırılması, məlumatların indeksləşdirilməsi və partitioning üsulları ilə sürətli axtarış və yazma imkanlarının yaradılması, eyni zamanda backup və təhlükəsizlik mexanizmlərinin tətbiqi. - Bütün reyestrlər üzrə verilənlərin indeksləşdirilməsi və yüksək performanslı sorğuların tərtibi - İn-memory və traditional yaddaş bazalarının müqayisəli tətbiqi Verilənlər bazasında təhlükəsizlik siyasətləri, audit izləmə funksiyaları, məlumatların şifrələnməsi və ehtiyat nüsxə sistemləri.

9

Reyestr strukturlarının işlənməsi: Beş əsas reyestr üzrə sahə strukturlarının ayrılması, hər biri üçün spesifik qeydiyyat, təsnifat, axtarış, təsdiqləmə və təsvir sahələrinin müəyyən olunması və konfiqurasiya edilə bilən formaların yaradılması.

10

Sistem arxitekturasının hazırlanması: Frontend, backend və verilənlər bazası qatlarını əhatə edən çoxsəviyyəli arxitektura, mikroservis yanaşması, CQRS prinsipinə əsaslanan performans yönümlü dizayn və bu dizayn üzrə modul bölünməsi, interfeys inteqrasiyaları və təhlükəsizlik qatlarının planlaşdırılması. - Modul bölünməsi və interfeys axınının texniki modelləşdirilməsi - Sürətli cavab vermə üçün cache və balanslaşdırma planlarının layihələndirilməsi

11

Taksonomiya və parametr çərçivəsinin hazırlanması: Beş əsas reyestr üzrə struktur və məzmun səviyyəsində atributların, məlumat növlərinin və standart sahə parametrlərinin hazırlanması, təkrar sahələrin birləşdirilməsi, AR Mədəniyyət Nazirliyi ilə işçi görüşlər və razılaşdırılmış taksonomiyanın formalaşdırılması.

12

Beynəlxalq təcrübə və hüquqi sənədlərin təhlili: UNESCO, ICOMOS, WIPO, Europeana və digər beynəlxalq təşkilatların normativ sənədlərinin araşdırılması, ölkədaxili tətbiq üçün uyğunlaşdırılmış hüquqi və texniki çərçivələrin hazırlanması, beynəlxalq reyestr modellərinin müqayisəli təhlili və vizual təqdimat formasında sistemləşdirilməsi.

13

Backend proqramlaşdırma: Server tərəfində məlumatların idarəsi, autentifikasiya və avtorizasiya, məlumat keyfiyyətinə nəzarət, digital asset management, audit loqları, versiyalaşdırma və rollback imkanları daxil olmaqla əsas modulların hazırlanması və API-lərlə funksional interfeysin təmin olunması. - REST API-lərin Swagger əsaslı sənədləşdirilməsi - Elektron imza ilə işləyən funksiyaların tətbiqi və testləri

14

İstifadəçi idarəetməsi: RBAC mexanizminin qurulması, hər istifadəçiyə rol və səlahiyyət təyin edilməsi, digital login platforması və e-imza ilə girişin təmin olunması, istifadəçi fəaliyyətlərinin sistemdə qeydə alınması və təhlükəsizlik baxımından analitik izlərin toplanması.

15

Elektron imza inteqrasiyası: Digital Login platforması ilə autentifikasiya, elektron imza ilə hüquqi əməliyyatların imzalanması və bu məlumatların loglarda qeyd olunması.

16

Multi-tenant idarəetmə strukturunun qurulması: Hər bir müəssisənin yalnız öz məlumatlarına çıxış imkanının təmin edilməsi, səlahiyyətlərə əsasən zonalaşdırma mexanizminin yaradılması.

17

Versiyalaşdırma və Rollback funksiyası: Hər bir məlumat vahidi üçün dəyişiklik tarixçəsinin saxlanması, əvvəlki versiyaların bərpası, dəyişiklikləri edən istifadəçilərin qeyd olunması və rollback funksiyasının təmin olunması.

18

Rəqəmsal Aktivlərin İdarəetmə Sistemi (DAM): Media faylların (şəkil, video, audio) yüklənməsi, sıxılması, təsnifatı, preview generator, versiyalaşdırma və fayl çıxışı hüquqlarının idarə olunması üçün rəqəmsal aktiv idarəetmə modulunun hazırlanması.

19

Audit və hadisə jurnalı sisteminin hazırlanması: İstifadəçi fəaliyyəti, sistem dəyişiklikləri və anomal davranışların real vaxtda qeydi və izlənməsi üçün audit jurnal modulunun hazırlanması.

20

Analitika və hesabat sistemi: İstifadəçilərin axtarış, qeydiyyat və idarəetmə proseslərini təhlil edə biləcəyi BI panel və dashboard-ların hazırlanması, statistik və analitik hesabatların avtomatik və dinamik tərtibi, məlumatların korrelyasiyası və proqnozlaşdırılması imkanlarının yaradılması.

21

Bildiriş və xəbərdarlıq sistemi: Sistemdə yeni məlumat daxil edildikdə, təsdiq və ya dəyişiklik baş verdikdə istifadəçilərə bildirişlərin real vaxtda və ya təyin olunmuş formatda (email, sistem içi, push) çatdırılması, sistem hadisələrinin izlənməsi və vacib xəbərdarlıqların yayılması. - Filtrə və prioritetləşdirmə sistemlərinin tətbiqi - Panel üzərindən bildiriş statuslarının idarə olunması

22

İnteqrasiya və API-lər: Dövlətin digər informasiya sistemləri və beynəlxalq platformalarla qarşılıqlı əlaqə yaratmaq üçün RESTful API-lərin yaradılması, Swagger əsaslı sənədlərin hazırlanması, inteqrasiyanın təhlükəsizlik və performans baxımından tənzimlənməsi və monitorinq sistemlərinin tətbiqi.

23

Sınaq mühiti və test platforması: Fərqli istifadəçi ssenarilərini test etmək üçün ayrıca test serverin qurulması, performans və təhlükəsizlik testlərinin burada icrası.

24

Təhlükəsizlik tədbirləri: Sistemin daxili və xarici təhdidlərdən qorunması üçün TLS/SSL, AES-256 ilə şifrələmə, audit jurnallarının idarəsi, penetration testlər, zərifliklərin skan edilməsi və OWASP Top 10 əsaslı müdafiə tədbirlərinin tətbiqi, həmçinin sistem davranışlarının izlənməsi.

25

Pilot tətbiq və sınaqlar: Sistemin ilkin versiyasının pilot rejimdə istifadəyə verilməsi, müxtəlif istifadəçi rolları üzrə testlərin aparılması, istifadəçi rəyləri əsasında təkmilləşdirmə, real ssenarilər üzrə test, funksiya və interfeys düzəlişləri və nəticələrin sənədləşdirilməsi.

26

Maarifləndirmə və sistem istifadəsi üzrə dəstək: Sistemin istifadəsinə dair interaktiv təlim sessiyalarının təşkili, istifadə təlimatları və köməkçi materialların hazırlanması, real şəraitdə istifadəçi dəstəyi və məlumatların düzgün daxil edilməsinə nəzarət.

27

Təlim və istifadəçi sənədləri: Sistemdən istifadə edəcək bütün istifadəçi qrupları üçün interaktiv təlimlərin hazırlanması, tədris materialları, funksional modullar üzrə nümunələrlə zənginləşdirilmiş interaktiv dərsliklər, təlim sonrası qiymətləndirmə və geribildirimlərin toplanması.

28

Texniki dəstək və zəmanət: Canlı istifadəyə verildikdən sonra minimum 12 ay texniki dəstək və 24 ay proqram təminatı zəmanəti, SLA prinsipləri ilə prioritet dərəcələr üzrə texniki xidmət, təhlükəsizlik yeniləmələri, proqram xətalarının aradan qaldırılması və mütəmadi versiya yenilənməsi.

36

ədəd

29

Hüquqi və təhlükəsizlik uyğunluğunun auditi: ISO 27001, ISO 27701, GDPR, CIS Benchmarks digər normativlərə uyğunluq üçün texniki və hüquqi sənədlərin hazırlanması və auditə hazırlıq.

30

Əlçatanlıq və WCAG uyğunluğu təminatı: Ekran oxuyucularla uyğunluq, yüksək kontrast mövzular, alternativ mətnlər, klaviatura ilə idarəetmə və digər əlçatanlıq tələblərinin tətbiqi.

31

Adaptiv interfeys: Komputer və planşetlərdə tam funksional görünüş və idarəetmə üçün responsive dizaynın tətbiqi və cihaz testlərinin aparılması.

Chosen
19
fed.az

1Sources