EN

Hava limanında dövlət taksi şirkətinin hökmranlığı yolverilməzdir

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hava limanında dövlətə məxsus taksi şirkətinin – “Bakı Taksi Xidməti”-nin hökmranlığı prosesi uğurla başa çatıb.  Özəl sektora məxsus olanlar aeroport ərazisindən şəhərə sərnişin apara bilməyəcəklər“.

AzPost bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz taksi xidməti ilə bağlı yeniliyi şərh edərkən bildirib.

Ekspert deyib ki, rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir: “Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabərsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Həm Azərbaycan Hava Yolları, həm də “Bakı Taksi Xidməti” şirkəti AZCON Holdinq tərkibinə daxildir. AZCON özünün bir qurumu vasitəsilə digər qurumuna – “Bakı Taksi Xidməti”nə biznes üçün üstün şərait yaradıb və ona bazarda hökmran mövqe qazandırıb”.

O.Gündüz qeyd edib ki, hava limanının rəhbərliyi digər özəl taksi şirkətlərindən istifadə üçün ərazidə heç bir xüsusi yer müəyyən etməyib: “Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də baş verənlərin fərqindədir”.

Xatırladaq ki, dövlət taksiləri üçün tarifləri də təsdiqlənib. Əvvəlki 10-15 manatlıq gediş haqqı indi dövlət taksilərilə şəhər ərazisinədək məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib.

Azərbaycan Hava Yolları öz açıqlamasında bu addımı müvafiq təlim keçməyən taksi sürücüləri, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin onun işgüzar nüfuzuna mənfi təsir göstərməsilə izah edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
azpost.info

5Sources