EN

"İmişli" AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

"İmişli" klubu AFFA-nın qərarlarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"İmişli"nin açıqlamada qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərarları ağır hesab etdiklərini və müvafiq hüquqi çərçivədə Apellyasiya Arbitraj Tribunalına şikayət təqdim ediləcəyi bildirilib.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasında IV turun "Sumqayıt"la ev oyununun (1:0) 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəbindən "İmişli"yə 0:3 hesablı texniki məğlubiyyət verilib, həmçinin klub 5 000 manat cərimələnib.

İdman.biz

Chosen
10
8
idman.biz

9Sources