EN

Pakistan 2026-cı ildə BRİKS-ə qoşula bilər

Pakistan 2026-cı ildə keçiriləcək illik sammitdə BRİKS-ə qoşula bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ekspert və diplomatik mənbələrə istinadən “Business Recorder” qəzeti məlumat yayıb.

Məlumata görə, Pakistanın tamhüquqlu üzvlüyü İslamabada öz üzvləri ilə iqtisadi tərəfdaşlığı daha da genişləndirmək, birbaşa xarici investisiyaları artırmaq və ticarət əlaqələrini şaxələndirmək üçün yeni imkanlar verəcək.

O, həmçinin sənayeləşməni, rəqəmsallaşmanı və süni intellekt texnologiyalarının qəbulunu təşviq edəcək.

Chosen
5
2
operativmm.az

3Sources