EN

BMTM-in şöbə müdiri: Azərbaycanla BƏƏ arasında effektiv siyasi və iqtisadi dialoq formalaşıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında artıq effektiv siyasi və iqtisadi dialoq formalaşıb...

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev deyib.

O qeyd edib ki, BƏƏ ilə əməkdaşlığın inkişafı Azərbaycan üçün olduqca maraqlıdır:

"BƏƏ regionun aparıcı ölkələrindən biri olduğu üçün bu ölkə ilə iqtisadi-siyasi əlaqələri daha da genişləndirilməsi Azərbaycanın marağındadır. Azərbaycanla BƏƏ arasında artıq effektiv siyasi və iqtisadi dialoq formalaşıb. "Masdar" şirkəti Azərbaycanda alternativ və bərpalunan enerji sahəsində ciddi işlər görüb. Şirkət "Qaradağ" Günəş Elektrik Stansiyası layihəsini həyata keçirib və bu, Azərbaycanın enerji təchizatı üçün əhəmiyyətli layihələrdən biridir".

Ş.Hacıyev "Masdar" şirkətinin Azərbaycanda enerji sahəsində fəaliyyətini daha da genişləndirəcəyini vurğulayıb:

"Çünki Azərbaycan mühüm enerji layihələrini həyata keçirir və gələcəkdə yalnız neft-qaz hasil edən yox, həm də təmiz enerjisini Avropa bazarına çıxaran ölkə kimi diqqət mərkəzində olacaq".


Mütəxəssis hesab edir ki, iki ölkə arasında yeni sənədlərin imzalanması, ümumiyyətlə, iqtisadiyyatın bir sıra sahələrinə dəstək verəcək:

"Sənədlər BƏƏ ilə Azərbaycan arasında yeni impuls yaradacaq, əlaqələrin genişləndirilməsinə təkan verəcək. Məsələn, imzalanmış sənədlər əsasında kiçik və orta biznesdə yeni canlanma, həmçinin rəqəmsal inkişaf müşahidə olunacaq. Bu gün ölkələrimiz arasında turizm sektorunun inkişafı da aktual məsələlərdəndir. Çünki Azərbaycanın geniş turizm potensialı var və onun inkişafı həm iqtisadi cəhətdən maraqlara cavab verir, həm də siyasi cəhətdən olduqca əhəmiyyətlidir. Bütün bunlar Azərbaycanın davamlı inkişafına töhfə verəcək".

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri çərçivəsində sentyabrın 16-da iki ölkə arasında 14 sənəd imzalanıb.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources