EN

AFFA yenə əcnəbi məşqçi axtarır? – SON XƏBƏR

AFFA milli komanda üçün baş məşqçi axtarışlarını davam etdirir. Federasiya rəhbərliyi yığmanın son Ukrayna matçında komandanı Ayxan Abbasova tapşırmışdı.

Millimizin meydandan xalla ayrılmasının ardından mətbuatda müəyyən xəbərlər dolaşır. İddia edilir ki, qurum rəhbərliyi dünya çempionatı seçmə mərhələsinin sonuna qədər Abbasovla yola davam edəcək. 

Ancaq əldə etdiyimiz məlumata görə, AFFA-da konkret belə bir fikir yoxdur. Rəhbərlik Ukrayna matçından sonra A.Abbasovla heç bir əlaqəyə keçməyib və ona yeni təklif verilməyib.

Ehtimal edilir ki, rəhbərlik yenidən əcnəbi məşqçi axtarışındadır. Futbol ictimaiyyəti və aazarkeşlər bu səfər milliyə yerli mütəxəssisin gələcəyini düşünsə də, qərar yenə fərqi ola bilər.

İdmanxeber.az 

Chosen
18
idmanxeber.az

1Sources