EN

Aİ Komissarı Ağdamda minaların partladılaraq zərərsizləşdirilməsi anını müşahidə edib - VİDEO - FOTO

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.

APA-nın yerli bürosu xəbər verir ki, Aİ komissarına Ermənistanın işğal müddətində Azərbaycan ərazilərində külli miqdarda mina basdırdığı barədə məlumat verilib.

Bildirilib ki, ərazilər işğaldan azad olunandan sonra minatəmizləmə əməliyyatlarına başlanıb, indiyədək xeyli ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Vətən müharibəsindən sonra yüzlərlə insanın ermənilərin işğal zamanı basdırdığı minaların qurbanı olduğu da Aİ komissarının diqqətinə çatdırılıb.

Daha sonra Marta Kos minaların partladılaraq zərərsizləşdirilməsi prosesini müşahidə edib.

Aİ Aİ Aİ Aİ Aİ Aİ Aİ Aİ
Chosen
11
8
apa.az

10Sources