EN

Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - Foto

Rusiya ordusunun “Rubitkon” adlı elit Pilotsuz Uçuş Aparatları üzrə Mərkəzi ifşa olunub. Baza rusiyalı teleaparıcı Vladimir Solovyovun komandası tərəfindən yayımlanan videomateriallar vasitəsilə müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi və Solovyov tərəfindən yayımlanan üç videoda – o cümlədən “Rubikon”un ildönümünə həsr olunan süjetdə – mərkəzin yerləşdiyi məkanın detalları görünür.
 

Kadrlarda tualetlərin üzərində ingiliscə tərcümə olunmuş yazılar, sütunların üzlüyü, plakat stendləri və FPV dronlar üçün şişmə təlim maneələri diqqəti çəkib. Bu əlamətlər daha əvvəl yayımlanmış foto və reklam materialları ilə üst-üstə düşüb.


Həmçinin videolarda metal lyuklar da əksini tapıb ki, bu da mərkəzin Moskva yaxınlığındakı “Patriot” parkında yerləşdiyini təsdiqləyib. Məlumata görə, “Rubikon” mərkəzi kompleksin C və D zallarının cənub hissəsini tutur.

Solovyovun süjetində isə PUA operatorlarının daşınması üçün istifadə olunan avtomobillər nümayiş etdirilib.

Qeyd edək ki, “Patriot” parkı Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılmış iri hərbi-vətənpərvərlik kompleksidir. Burada hərbi texnika nümayiş olunur və sərgilər keçirilir. Rəsmi olaraq mülki obyekt kimi təqdim olunsa da, ərazidə hərbi mərkəzlərin yerləşdirilməsi Rusiyanın mülki infrastrukturu hərbi məqsədlər üçün istifadə etdiyini göstərir.



Bizim.Media

Chosen
10
1
bizim.media

2Sources