EN

Deputat xaricdə gənclər arasında Azərbaycanla bağlı müsabiqənin keçirilməsini təklif edib

Bakı. Trend:

Əvvəllər “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı beynəlxalqesse müsabiqəsi keçirilirdi. Bakı ilə yanaşı digər respublikalarınşəhər və rayonlarından müsabiqədə iştirak edən gənclər Azərbaycanhaqqında inşa yazırdılar və qaliblər Gənclər və İdman Nazirliyininvəsaiti hesabına ölkəyə gətirilirdi.

Trendxəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsininüzvü Vüqar İskənsərov komitənin bugünkü iclasında çıxışı zamanıdeyib.

Millət vəkili bildirib ki, bununla da bir növ dünyanın bir çoxşəhərlərində gənc lobbiçilər yaradılırdı.

“Son illərdə, deyəsən, bu müsabiqə keçirilmir. Məsələni Gənclərvə İdman Nazirliyi ilə danışa bilərik.

Bu gün Azərbaycanın uğurlarını görüb sevinənlərlə yanaşı, təbiiki, sevinməyənlər də var. Bu diplomatik savaş müasir dövrdə dahasürətlə gedir. Ona görə də biz beynəlxalq arenada, digərdövlətlərdə dostlarımızın sayını artırmalıyıq. Bu mənada gənclərçox vacib tərəfdirlər.

Bu yaxşı bir format idi. Bununla bağlı nazirliklə danışaraqhansı dəstəyi verə biləcəyimizi müəyyənləşdirə və gələcək işplanımızda qeyd edə bilərik”, - deyə V.İskəndərov qeyd edib.

Chosen
12
az.trend.az

1Sources