EN

Bu ölkədə üç polis öldürüldü, ikisi yaralandı

ABŞ-nin Pensilvaniya ştatında baş verən silahlı hücum nəticəsində 3 polis əməkdaşı həyatını itirib.

"Cebheinfo.az" “New York Times” qəzetinə istinadən xəbər verir ki, Pensilvaniyanın York County bölgəsində baş verən silahlı hücumda 3 polis əməkdaşı ölüb, 2-si isə ağır yaralanıb.

Hücum edən şəxs polis tərəfindən vurularaq zərərsizləşdirilib. Yaralanan iki polis əməkdaşının yaxınlıqdakı xəstəxanada müalicə olunduğu və vəziyyətlərinin isə kritik olduğu qeyd olunub.

ABŞ Ədliyyə Naziri Pam Bondi sosial media platforması "X" üzərindən verdiyi açıqlamada, Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşlarının York Countydə bir neçə polis əməkdaşının vurulmasından sonra hadisə yerində yerli hüquq-mühafizə orqanlarına dəstək verdiyini bildirib.

Chosen
16
cebheinfo.az

1Sources