Binəqədidə sexin döşəməsi çöküb, ölən var - YENİLƏNİB
Sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. 1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 11:07 Bakının Binəqədi qəsəbəsi ərazisində yerləşən qənd sexinin taxta döşəməsi çöküb. 1news.az xəbər verir ki, hadisə sentyabrın 17-də baş verib. Çökmə nəticəsində orada xadimə işləyən Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb. Araşdırma aparılır.