EN

Bu valyuta mübadilə məntəqələri qaydaları pozdu

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Üç valyuta mübadilə məntəqəsinə – “Delta Capital”, “Money Shop” və “Meta-Kapital”a məcburi göstəriş tətbiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, bu şirkətlər tərəfindən tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq AMB tərəfindən “Delta Capital” , “Money Shop” və “Meta-Kapital”a bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
21
qafqazinfo.az

10Sources