EN

2002-ci ildən sonra prokurorluq orqanlarına işə qəbulla bağlı 26 müsabiqə keçirilib

2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı 26 müsabiqə keçirilib

Ulusal.az xəbər verir ki, bunu Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov Baş Prokurorluğun sosial şəbəkəsində keçirilən canlı yayımda deyib.

O bildirib ki, Heydər Əliyevin Azərbaycanın Prezidenti olarkən 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə dövlət və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 26 müsabiqə keçirilib:

“Uğur qazanmış hüquqşünaslar hazırda prokurorluq işçilərinin 93.2 faizini təşkil edir. Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır”.

Chosen
11
3
moderator.az

4Sources