Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
"Putinin Kozakı öz yaxın çevrəsindən sıxışdırıb çıxarmaq qərarı müşavirlərinin Kreml rəhbərinin maksimalist hərbi tələbləri ətrafında birləşmələrinin daha bir sübutudur. Kozakın prezidentlə dəfələrlə fikir ayrılığına dair xəbərlər onu deməyə əsas verir ki, Putin və Kremlin digər rəsmiləri, məsələn, Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko Kozakı ya tutduğu vəzifədən azad edib, ya da onu təkbaşına istefaya məcbur ediblər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak vəzifəsindən istefa verib. Məlumata görə, o, Putinin uzun illər ən sadiq kadrı olub.