EN

“Fənərbağça”nın futbolçusu: “Utanırıq”

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş Super Liqada “Alanyaspor”la heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Prezidentimiz lazım olanları deyib və bizə danışmağa ehtiyac olmadığını bildirdi. Həqiqətən, utanırıq. Bizə göstərilən etimadın qarşılığını verə bilmirik. Biz nəticəyə görə utanırıq, amma hakimlər də utanmalıdır. Rəqib oyunçu belə epizoda penalti deyil, amma referi fərqli qərar verir. Ümid edirəm ki, bizim kimi onlar da utanar”.

“Fənərbağça” çempionatda 5 turdan sonra 11 xalla 2-cidür və lider “Qalatasaray”dan 4 xal geri qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
futbolpress.az

1Sources