EN

Jurnalist: “Prezident şəxsən səhhətimlə maraqlandı”

Tənqidlərinə görə həkimlərlə bağlı tez-tez suallar aldığını bildirən tanınmış jurnalist Azər Rəşidoğlu maraqlı açıqlama verib.

XəzərNews.az xəbər verir ki, A.Rəşidoğlu bir il əvvəl həkimlərin ona cəmi “iki ay ömrün qaldığını” desə də, hazırda vəziyyətin fərqli olduğunu bildirib:

“Heydər Əliyev Fondu mənə sahib çıxdı. Fondun ən yüksək səviyyəsindən zəng gəldi və bildirdilər ki, Prezident şəxsi nəzarətə götürüb, sağalana qədər dövlət arxanızdadır. Müalicəm uğurla davam edəndə Prezident Aparatından zəng gəldi, çox yüksək səviyyədən – “Cənab Prezident salam göndərir və səhhətinizlə maraqlanır”, – dedilər”.

Jurnalist qeyd edib ki, əgər yalnız həkimlərin dediyinə qalsaydı, indi həyatda olmayacaqdı:

“Türkiyədə və müalicə aldığım xəstəxanada Fondun dəstək göstərdiyi onlarla şəhid ailəsi, qazi və aztəminatlı insanla da qarşılaşdım”.

O, yaxın günlərdə növbəti müayinəyə gedəcəyini də vurğulayıb:

“Sentyabrın 21-i növbəti müayinəyə gedirəm. Sizlərin duası ilə hər şeyin yaxşı olacağına əminəm”.

Xəbər 4 dəfə oxunub.
Chosen
37
xezernews.az

1Sources