EN

Paşinyan: Azərbaycan “Tramp yolu” ilə silah daşımaq istəsə...

“Mehri üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında silah daşımaq məsələsinə qərar verildikdə, bu mövzuda danışıqlara başlayacağıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın “Tramp yolu” ilə silah-sursat daşıya bilib-bilməyəcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir əlavə edib ki, “Tramp yolu” layihəsi və ümumilikdə kommunikasiya xətlərinin açılması ilə bağlı bütün məsələlər yalnız beş prinsip əsasında müzakirə edilməlidir. Bura ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, yurisdiksiya, qarşılıqlılıq və suverenlik prinsipləri daxildir.
Chosen
43
1
sherg.az

2Sources